Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az-ın APA-ya istinadən məlumatına görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ" markalı avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.