Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Qarabağ" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı
idman

"Qarabağ" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı

27-08-2025 23:00 30 Baxış
IMG

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb.

 

Tvit.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Bakıda “Ferentsvaroş”la üz-üzə gəlib.

 

Görüş saat 20:45-də start götürüb.

 

Gərgin keçən qarşılaşmada qapılara 5 top vurulub. Oyun qonaqların 3:2 hesablı qələbəsi iləbaşa çatsa da, ümumi hesabda üstün olan "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

 

Qeyd edək ki, “Qarabağ” ilk oyunda rəqibini 3:1 hesabıyla məğlub edib.

 

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu

 

20:45 Qarabağ – Ferentsvaroş (Macarıstan) 2:3
Baş hakim: Kleman Turpin
İlk oyun 3:1

 

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 35. Bedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə

 

Baş məşqçi: Qurban Qurbanov

 

"Ferentsvaroş": 90. Denes Dibuş, 47. Kallum Odovda, 28. Toon Raemaekers, 27. İbrahim Sisse, 25. Sebrails Makrekis, 5. Nabi Keyta, 23. bence Ötvös, 10. Conatan Levi, 75. Lenni Jozef, 36. Qabi Kaniçovski, 19. Barnabas Varqa

 

Baş məşqçi: Robbi Kin