Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
hadisə

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

28-08-2025 12:00 34 Baxış
IMG

Avqustun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 tüfəng, 2 patron darağı və 21 ədəd patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Tvit.az"a bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.