Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Rusiyada azərbaycanlı diaspor nümayəndəsi həbs olundu
hadisə

Rusiyada azərbaycanlı diaspor nümayəndəsi həbs olundu

01-09-2025 23:00 25 Baxış
IMG

Rusiyanın Kuban şəhərindəki Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri, Tuapsedəki yükdaşıma terminalının və Krasnodardakı “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzov həbs olunub.

 

Tvit.az Apa-ya istinadən xəbər verir ki, Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı mənimsəməyə cəhdlə bağlı cinayət işi üzrə təqsirləndirilir.

 

İstintaq hesab edir ki, cinayəti törətmək üçün cinayəti törədən şəxslər, o cümlədən Şahlar Novruzov Prikubanski Rayon Məhkəməsinə guya Azərbaycanda bağlanmış nikah şəhadətnaməsini təqdim ediblər.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən şəxslərin məhkəməyə təqdim etdiyi sənəd saxta olub.