Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Dünya çempionu İtaliya klubu ilə müqavilə imzalayıb
idman

Dünya çempionu İtaliya klubu ilə müqavilə imzalayıb

02-09-2025 19:00 47 Baxış
IMG

İspaniya millisinin heyətində 2010-cu il dünya çempionatının qalibi olan Raul Albiol İtaliyanın "Piza" klubu ilə müqavilə imzalayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat paylaşıb.

 

Sentyabrın 4-də 40 yaşı tamam olacaq ispaniyalı müdafiəçi bu yay 2019-cu ildən formasını geyindiyi "Vilyarreal"dan azad agent kimi ayrılıb. O, ötən mövsüm La Liqada 15 oyun keçirib.

 

Qeyd edək ki, Raul Albiol karyerası ərzində "Real" (İspaniya) və "Napoli" (İtaliya) klublarının da formasını geyinib.