2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin I turu çərçivəsində Gürcüstan millisi Tbilisidə Türkiyə yığmasını qəbul edib.
Tvit.az-ın xəbərinə görə, E qrupunun qarşılaşması türklərin qələbəsi ilə yekunlaşıb - 2:3.
Türkiyə millisi matçda hesabı erkən açıb. Mert Müldür 3-cü dəqiqədə fərqlənib.
Kerem Aktürkoğlu 41 və 52-ci dəqiqələrdə dubla imza ataraq hesab arasındakı fərqi üç topa çıxarıb.
Ev sahiblərindən Zuriko Davitaşvili 63-cü dəqiqədə komandasının ilk qolunu vurub. Xviça Kvaratsxeliya 90+8-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirib.
Gürcülərin bundan artığına gücü çatmayıb və matç türklərin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Barış Alper Yılmaz 71-ci dəqiqədə qırmızı vərəqə alaraq, Türkiyə millisini azlıqda qoyub.