Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Tovuzda yanğına səbəb olan şəxs saxlanılıb
hadisə

Tovuzda yanğına səbəb olan şəxs saxlanılıb

05-09-2025 12:00 44 Baxış
IMG

Sentyabrın 4-də Tovuz rayon Qəribli kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Tvit.az"a bildirilib ki, yanğının 1982-ci il təvəllüdlü Mahir Əliyevin həmin ərazidə ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Nəticədə 30 sot ərazidə biçilmiş əkin sahəsi yanıb.

M. Əliyev saxlanılaraq barəsində inzibati qanunvericiliyə uyğun məsuliyyət tədbiri görülüb.