Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman “Benfika"ya qarşı ən yaxşı oyunlardan birini keçirəcəyik - Qurbanov
idman

“Benfika"ya qarşı ən yaxşı oyunlardan birini keçirəcəyik - Qurbanov

15-09-2025 23:00 19 Baxış
IMG

Bu gözəl stadionda oynamaq, bu şəhərdə olmaq bizim üçün çox xoşdur. Təbii ki, daha yaxşı hazırlaşmaq istərdik. Amma bəzi səbəblərə görə istədiyimiz kimi hazırlaşa bilmədik. Hər bir halda təcrübəmiz var.

 

Tvit.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda sabah “Benfika” ilə səfərdə keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.

 

“İnanıram ki, futbolçular sabah ən yaxşı oyunlarından birini oynayacaq. Çünki biz neçə illər idi ki, Çempionlar Liqasında bu mərhələdə oynamırdıq. Hər bir futbolçunun arzusu burada oynamaq idi. Sabah komanda çəkinmədən oynayacaq”, - Q.Qurbanov söyləyib.

 

Qeyd edək ki, “Benfika” - “Qarabağ” oyunu sabah keçiriləcək və Bakı vaxt ilə saat 23:00-da başlanacaq.