Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Prezident və Birinci vitse-prezident Cabir İmanovun vida mərasiminə əklil göndərib
siyasət

Prezident və Birinci vitse-prezident Cabir İmanovun vida mərasiminə əklil göndərib

30-09-2025 13:00 256 Baxış
IMG

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vida mərasiminə əklil göndəriblər.

"Report" xəbər verir ki, mərhumla vida mərasimi Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilir.

Mərasimdə mərhumun yaxınları, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, C.İmanov ötən gün günorta saatlarında ürəktutmasından vəfat edib.