Azərbaycanla İran arasında hava əlaqəsinin genişləndirilməsi istiqamətində müzakirələr aparılır.
"Tvit.az" xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə keçirilən brifinqdə söyləyib.
Nazir vurğulayıb: “Biz təkcə iqtisadi sahədə deyil, həm də İranla Azərbaycan arasında geniş “Yol xəritəsi” üzrə razılaşma əldə etmişik. Bunu qısa zamanda həyata keçirmək mümkündür”.