Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Sloveniyalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alır
idman

Sloveniyalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alır

08-12-2025 18:00 9 Baxış
IMG

"Qarabağ"ın UEFA Çempionlar Liqasının VI turunun "Ayaks"la oyununa təyinat alan FIFA referisi Rade Obrenoviç daha əvvəl də Ağdam təmsilçisinin matçını idarə edib.

 

Tvit.az xəbər verir ki, sloveniyalı baş hakim 2021-ci ildə "Qarabağ"ın Bakıda Şotlandiya "Aberdin"i ilə keçirdiyi UEFA Konfrans Liqasının pley-off mərhələsi görüşündə ədaləti qoruyub.

 

Obrenoviçin idarə etdiyi oyun "Qarabağ"ın 1:0 hesablı qələbə isə yekunlaşıb.

 

Rade Obrenoviç həmçinin "Qarabağ"ın 2022-ci ildə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin Bakıda Çexiyanın "Viktoriya Plzen" klubu ilə 0:0 hesabı ilə heç-heçə etdiyi matçda dördüncü hakim funksiyasını yerinə yetirib.

 

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.