Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman “Neftçi”nin yeni baş məşqçisi: Müqavilənin detalları
idman

“Neftçi”nin yeni baş məşqçisi: Müqavilənin detalları

08-12-2025 21:00 14 Baxış
IMG

“Krivbas”ın sabiq çalışdırıcısı Yuri Vernidub “Neftçi”nin yeni baş məşqçisi olacaq.

 

Tvit.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “TaToTake” məlumat yayıb.

 

Mənbənin məlumatına görə, 59 yaşlı mütəxəssisin “Neftçi” ilə müqaviləsi 1,5 illik olacaq. Bakıda Verniduba Vitali Vernidub, Dmitri Kara-Mustafa, Valeri Mixaylenko və İqor Fokin kömək edəcək.

 

Mənbə əlavə edir ki, bu gün, dekabrın 8-də Vernidub artıq Bakıya gəlib və yeni klubunun “Sabah”la planlaşdırılan oyununda iştirak edəcək.

 

Vernidub əvvəllər Bolqarıstanın “Ludoqorets” və Macarıstanın adı açıqlanmayan klubunu idarə etməkdən imtina edib.

 

Qeyd edək ki, daha öncə ukraynalı mütəxəssisin dekabrın 6-da Bakıya gəldiyi xəbəri yayılmışdı.