Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Metro "Qarabağ"ın oyununa görə 01:00-a qədər açıq olacaq
idman

Metro "Qarabağ"ın oyununa görə 01:00-a qədər açıq olacaq

09-12-2025 15:00 36 Baxış
IMG

Bakı Metropoliteni "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

Bu barədə "Tvit.az"a səhmdar cəmiyyətindən bildirilib.

Belə ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək. "Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq. Səfəriniz rahat, oyunumuz uğurlu olsun!