Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Prezident Robert Fitso ilə təkbətək görüşde
siyasət

Prezident Robert Fitso ilə təkbətək görüşde

09-12-2025 18:00 36 Baxış
IMG

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 9-da Slovakiyanın Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.

 

Tvit.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirildi.

 

Ötən il Baş nazir Robert Fitsonun Azərbaycana, hazırda isə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərlərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə böyük töhfə verəcəyinə əminlik vurğulandı.

 

Siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilərək, digər istiqamətlər üzrə də əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu bildirildi.

 

Robert Fitso Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.


Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı regional sülhün təmin olunması istiqamətində Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı.


Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda Slovakiya şirkətinin iştirakı məmnunluqla qeyd olundu, iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.