Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Almaniyalı məşhur qapıçı zədədən sonra "Barselona"nın məşqlərinə qoşulub
idman

Almaniyalı məşhur qapıçı zədədən sonra "Barselona"nın məşqlərinə qoşulub

09-12-2025 19:00 27 Baxış
IMG

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen zədədən sonra yenidən komandanın məşqlərinə qatılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, 33 yaşlı almaniyalı qolkiper belindəki problemlər səbəbindən mövsümün startını buraxıb.

 

Qeyd edək ki, qapıçının "Barselona" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Kataloniyalılar hazırda 16 oyundan 40 xal toplayaraq İspaniya La Liqasında turnir cədvəlində birinci yerdə qərarlaşıblar.