Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman “Qarabağ”ın rəqibi cəzalanacaq: Bakıya gəlməyəcəklər
idman

“Qarabağ”ın rəqibi cəzalanacaq: Bakıya gəlməyəcəklər

10-12-2025 22:00 35 Baxış
IMG

UEFA Çempionlar Liqasının “Barselona” ilə oyununda (1:2) azarkeşlərinin davranışına görə Frankfurt “Ayntraxt”ını cəzalandıracaq.

 

Tvit.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, stadionda baş verən iğtişaşlar, meydançaya davamlı əşyaların atılması, birinin “Barselona”nın azarkeş zonasına atıldığı, məşəllərin yandırılması, tribunalarda baş verən bir neçə toqquşma Avropa futbolunun ali orqanının diqqətindən yayınmayıb.

 

Bildirilir ki, bu səbəbdən oyunun UEFA nümayəndəsi İntizam Komitəsinə təqdim etmək üçün hadisə ilə bağlı ətraflı hesabat hazırlayıb. Hesabatda atılan əşyalar, onların neçəsi, meydançanın hansı hissəsindən və tribunaların hansı hissəsinə atıldığı ətraflı təsvir olunacaq. Hesabata əsasən, UEFA avrokuboklarda “Ayntraxt Frankfurt”a ağır cəzalar tətbiq edəcək.

 

Qeyd edək ki, “Ayntraxt” ÇL-in əsas mərhələsində “Qarabağ”ın rəqibidir. Ola bilsin ki, UEFA növbəti səfər oyununda “Ayntraxt” azarkeşlərinə qadağa tətbiq etsin. Belə olsa, alman azarkeşlər Bakıya gələ bilməyəcəklər.