"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.
Tvit.az xəbər verir ki, Liqa mərhələsinin VI turunun oyunu saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürüb.
Gərgin keçən qarşılaşmada qapılara 6 qol vurulub. Görüş "Ayaks"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.