Məşhur aktrisa Hande Erçel yenə eşq xəbərləri ilə gündəmə gəlib. 

"Tvit.az" Türkiyə mətbuatına istinadla bildirir ki,  Erçel bu dəfə 45 yaşlı prodüserlə sevgilidir. 

İddialara görə, aktrisanən yeni sevgilisi tanınmış prodüser şirkəti OGM Pictures-in qurucusu və sahibi Onur Güvenatamdır. Bildirilir ki, Hande Erçel və Onur Güvenatamın münasibətlərini gizli saxlayırlar. Cütlüyün son bir ayı birlikdə Londonda keçirdikləri qeyd olunub. 

Xatırladaq ki, 32 yaşlı Hande bundan əvvəl iş adamı Hakan Sabancı ilə eşq yaşayıb.