Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Prezidentdən idxal-ixrac, tranzit, nəqliyyat və logistika ilə bağlı FƏRMAN
siyasət

Prezidentdən idxal-ixrac, tranzit, nəqliyyat və logistika ilə bağlı FƏRMAN

15-12-2025 12:00 31 Baxış
IMG

Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət rəqəmsallaşdırılır.

"Tvit.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, yeni sistem, idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında, dövlət orqanlarının fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsinə imkan verəcək.

Sistem vasitəsilə tələb olunan sənədlərin elektron qaydada təqdim edilməsi, nəqliyyat vasitələrinə dair məlumatların tərtib edilməsi və daşınan yüklərin izlənməsi təmin ediləcək.

Yükdaşıma müqavilələri elektron qaydada bağlanacaq və ödənişlər onlayn həyata keçiriləcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti doqquz ay ərzində Sistemin əsasnaməsini hazırlayıb Prezidentə təqdim etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Sistemin G-cloud Konsepsiyasına uyğun olaraq inkişafını təmin etməli və məlumat mübadiləsini Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkil etməlidir.