Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Qurban Qurbanov : "Ona görə də yaxşı futbolçulara ehtiyacımız var”
idman

Qurban Qurbanov : "Ona görə də yaxşı futbolçulara ehtiyacımız var”

15-12-2025 13:00 34 Baxış
IMG

“18 ildir “Qarabağ”dayam. Bəzən transfer məsələlərində gecikmişik. Düşündüyümüz oyunçu istədiyimiz vaxt alınmayıb”.

 

Bu sözləri “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov ilin ən yaxşı baş məşqçisinin mükafatlandırılma mərasimində deyib.

 

“Nəzərdə tutduğumuz oyunçular var. Hər dəfə bu hücumçu, transfer söhbətləri olur. Ümumi götürdükdə, bizim çox yaxşı hücumçularımız olub. Az sayda olub, ama yaxşı oyunçular cəlb etmişik. Hazırda danışıqlarımız gedir, axtarırıq. Çalışacağıq ki, qış “transfer pəncərəsi”ndə tək hücum xətti üçün yox, digər mövqelər üçün də 3,4 transfer edək. Çünki, tələblərimiz həddindən artıq böyüyüb. Özünüz görürsünüz ki, hansı rejimdə çalışırıq. Hər oyuna futbolçuları sağlam motivasiya ilə çıxarmaq asan deyil. Ona görə də yaxşı futbolçulara ehtiyacımız var”, - Qurbanov əlavə edib.