Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Sabunçuda evdən 8 min dollarlıq qızıl oğurlayan şəxs saxlanılıb
hadisə

Sabunçuda evdən 8 min dollarlıq qızıl oğurlayan şəxs saxlanılıb

16-12-2025 13:00 36 Baxış
IMG

Bakının Sabunçu rayonunda evdən 8 min dollarlıq qızıl oğurlayan şəxs saxlanılıb.

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 8 min dollar dəyərində qızıl-zinət əşyasının naməlum şəraitdə talanmasını bildirib. Əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən M.Vəlizadə müəyyən edilərək saxlanılıb.

Sözügedən ərazində daha bir nəfərə məxsus qarajdan 1500 manat dəyərində naqil, Nizami rayonundakı yarımtikililərin birindən 2915 manatlıq təmir alətləri oğurlamaqda şübhəli bilinən R.Məmmədov və E.Məmmədov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.