Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatını baş katibini qəbul edib
siyasət

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatını baş katibini qəbul edib

22-12-2025 21:00 15 Baxış
IMG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) Baş katibi Ərgüc Kələntərlini qəbul edib.

 

Bu barədə Tvit.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

 

C.Bayramov cari ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası çərçivəsində ilk dəfə olaraq ölkəmizin nümayəndəsi kimi Ə.Kələntərlini təşkilatın baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, bu seçimin Azərbaycanın beynəlxalq nüfuzunun və mülki müdafiə sahəsində artan rolunun göstəricisi olduğunu vurğulayıb.

 

Görüşdə mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təbii və texnogen fəlakətlərə qarşı mübarizə, humanitar yardımlar sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Baş katib görüş zamanı təşkilatın fəaliyyəti, prioritet istiqamətləri və planları barədə ətraflı məlumat verib.