Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Qatarın qarşısına 54 dəfə qəfil heyvan çıxıb
hadisə

Qatarın qarşısına 54 dəfə qəfil heyvan çıxıb

26-12-2025 14:00 32 Baxış
IMG

Bu il Azərbaycanda dəmir yollarında qatarın qarşısına 54 dəfə qəfil heyvan çıxıb.

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən "Tvit.az"a verilən məlumata görə, nəzarətsiz buraxılmış mal-qaranın dəmir yoluna çıxması ilə qatara ciddi zərər dəyir və heyvan tələf olur.

 

“Bu cür halların baş verməməsi və cərimələnməmək üçün heyvanlara istisnasız nəzarət edilməlidir. Milli sərvətimiz olan dəmir yollarını qorumaq hamımızın öhdəliyidir”, - məlumatda qeyd olunub.