Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov
siyasət

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

26-12-2025 21:00 12 Baxış
IMG

Ermənistanla ticarət əlaqələrinin genişləndirilməsi mümkündür.

 

Tvit.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat təqdim edilərkən deyib.

 

O qeyd edib ki, Ermənistan tərəfdən müvafiq müraciət olarsa, Azərbaycan buna baxa bilər:

 

"Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri sıfırdan yaradılır. Neft məhsullarının ixracı təklifi qəbul olundu və ixraca başlandı. Ticarət əlaqələrinin genişləndirilməsini mümkün hesab edirik. Neft məhsullarının ixracı bir tərəfdən müsbət qəbul olunsa da, digər tərəfdən müəyyən narazılıqlarla da qarşılanıb və Ermənistan ictimaiyyətində bunun əleyhinə çağırışlar da var".