İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Ronald Arauxo komanda ilə birgə məşqlərə qoşulub.
Tvit.az xəbər verir ki, o artıq komandanın düşərgəsinə qoşulub.
Uruqvaylı müdafiəçi UEFA Çempionlar Liqasında "Çelsi" (İngiltərə) ilə matçda (0:3) qırmızı vərəqə aldıqdan sonra rəhbərliyin icazəsi ilə klubun düşərgəsini tərk etmişdi.
Kataloniyalıların rəhbərliyi müəyyən fasilənin futbolçunun psixoloji durumuna faydalı olacağını düşünüb.
Qeyd edək ki, "Barselona" növbəti oyununu 2026-cı il, yanvarın 4-də "Espanyol"a qarşı keçirəcək.