Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı
hadisə

Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı

05-03-2026 12:00 29 Baxış
IMG

Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətlərindən birinin rəhbəri vəfat edib.

 

Tvit.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Mustafa Karabelanın Gülüstan yaşayış massivində yaşadığı evdə meyiti tapılıb.

 

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimallara görə, 40 yaşlı iş adamı ürək çatışmazlığından ölüb.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

 

Məlumat üçün bildirək ki, M.Karabela Gəncə şəhərində avtomobil yollarının asfaltlanması işlərini həyata keçirən "DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialının rəhbəri olub.