Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət İspaniya XİN İranın dron hücumları barədə: Bu, suverenliyin kobud şəkildə pozulmasıdır
siyasət

İspaniya XİN İranın dron hücumları barədə: Bu, suverenliyin kobud şəkildə pozulmasıdır

05-03-2026 21:00 31 Baxış
IMG

İspaniya İranın Türkiyə və Azərbaycana qarşı hücumlarını qətiyyətlə pisləyib.

 

Tvit.az xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

 

Bildirilib ki, sözügedən hücumlar Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə qarşı törədilən hücumların davamıdır.

 

"İspaniya bu dost ölkələrlə həmrəy olduğunu bir daha bəyan edir", - açıqlamada vurğulanıb.

 

İspaniyanın xarici siyasət idarəsi İranın mülki hədəfləri də əhatə edən hücumlarının beynəlxalq hüquqa görə tamamilə əsassız, sözügedən ölkələrin suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması olduğunu diqqətə çatıdırıb və gərginliyin artması riskini gücləndirdiyini bildirib.

 

"İspaniya regionun təhlükəsizliyi və sabitliyi naminə işləməyə imkan verən təxirəsalınmaz deeskalasiya üçün diplomatiya və dialoqa qayıdış öhdəliyinə sadiq olduğunu bir daha təsdiqləyir", - bəyanatda bildirilib.