Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Salyanda maşın obyektə çırpılaraq yandı
hadisə

Salyanda maşın obyektə çırpılaraq yandı

06-03-2026 11:00 22 Baxış
IMG

Salyanda maşın obyektə çırpılaraq yanıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən  "Tvit.az"a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən obyektdə və vətəndaşa məxsus “CHEVROLET COBALT” markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən avtomobilin idarəetməni itirərək yol kənarında yerləşən, ümumi sahəsi 60 kv.m. olan, fəaliyyət göstərməyən obyektə çırpılaraq yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən edilib.

Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu, mühərriki və obyektin dam örtüyü 10 kv.m. sahədə yanıb.

Avtomobilin və obyektin qalan hissəsi yanğından mühafizə olunub.