Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda zəhərlənən 66 yaşlı kişi xəstəxanada infarktdan öldü
hadisə

Bakıda zəhərlənən 66 yaşlı kişi xəstəxanada infarktdan öldü

09-03-2026 12:00 17 Baxış
IMG

Bakıda dərman zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilən şəxs infarktdan ölüb.

 

Tvit.az-ın məlumatına görə, hadisə martın 7-də axşam saatlarında baş verib.

 

Paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsindəki mənzillərdən birində yaşayan 1960-cı il təvəllüdlü Tofiq Allahverdi oğlu Məmmədov yaşadığı evdə dərmandan zəhərlənib.

 

66 yaşlı T.Məmmədov xəstəxanaya gətirilib. O, xəstəxanada olarkən infarkt keçirib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T.Məmmədov xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırmalar aparılır.