Son illərdə elektrik avtomobilləri dünyasında ən sürətlə böyüyən brendlərdən biri olan BYD motorsportun zirvəsi olan Formula 1-ə qatılmağı planlaşdırır.
Tvit.az xəbər verir ki, açıqlanan məlumata görə, şirkət F1-ə qoşulmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.
Bu addımın arxasında duran əsas məqsəd olduqca aydındır: qlobal brend tanınmasını artırmaq. Avropa və Şimali Amerika kimi bazarlarda daha güclü olmaq istəyən BYD, Formula 1-i dünyanın ən böyük reklam və prestij platformalarından biri kimi gördüyü bildirilir.
Aysel Şirinova