Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Masazır bələdiyyəsinin sabiq sədri saxlanıldı
hadisə

Masazır bələdiyyəsinin sabiq sədri saxlanıldı

12-03-2026 17:00 21 Baxış
IMG

Abşeron rayonu Masazır bələdiyyəsinin keçmiş sədri Firdovsi Cəlalov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Tvit.az” “Bakupost”a istinadən xəbər verir ki, keçmiş bələdiyyə sədri bir sıra qanun pozuntularında, xüsusilə də sənəd saxtalaşdırılmasında təqsirli bilinir.

Məlumata görə, Cəlalovla yanaşı, həmin dövrdə bələdiyyədə hüquqşünas vəzifəsində çalışmış şəxs də saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.