Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Siyəzəndə gənc qadın dəm qazından boğulub
hadisə

Siyəzəndə gənc qadın dəm qazından boğulub

13-03-2026 12:00 20 Baxış
IMG

Siyəzən rayonunda gənc qadın dəm qazından boğulub.

 

Tvit.az-ın məlumatına görə, hadisə rayonun Yenikənd kəndində baş verib.

 

Kənd sakini 1999-cu il təvəllüdlü Esmira Məmmədova martın 12-də axşam saatlarında yaşadığı evin hamamında dəm qazından zəhərlənib. O, yaxınlarının köməyi ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.