Apple bu ilin sentyabr ayında keçiriləcək iPhone təqdimat tədbirində tarix yazmağa hazırlaşır. Şirkətin bu tədbirdə ilk qatlana bilən iPhone-unu təqdim edəcəyi gözlənilir.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, iPhone Fold modeli Apple-ın Pro modelləri kimi 12 GB LPDDR5X RAM ilə təklif olunacaq.
Bildirilir ki, cihaz 256 GB ilə başlayacaq, digər yaddaş seçimləri isə 512 GB və 1 TB olacaq. Bu o deməkdir ki, qatlanan iPhone-da iPhone 17 Pro Max-da olan 2 TB seçimi görünməyəcək.
Başqa bir mənbə olan Instant Digital iPhone Fold üçün mümkün qiymətləri paylaşdı. Qiymətlərə baxdıqda başlanğıc qiymətinin təxminən 2000 dollar olduğu görünür. 1 TB versiyasının qiyməti MacBook Pro qədər yüksək ola bilər.
Mümkün qiymətləri aşağıda görə bilərsiniz:
256 GB – 1999 dollar
512 GB – 2199 dollar
1 TB – 2399 dollar
Aysel Şirinova