Gədəbəy rayonunda 54 yaşlı kişi küçədə ölüb.
Tvit.az-ın məlumatına görə, hadisə martın 16-da axşam saatlarında rayonun Novosaratovka kəndində qeydə alınıb.
Kənd sakini, 1972-ci il təvəllüdlü Habil Rəhman oğlu Tağıyev kənd ərazisində olarkən qəfil özünü pis hiss edib. O, elə küçədə dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.