Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Qvardiolanın "Real Madrid" kabusu: Turnir tarixində bir ilk yaşandı
idman

Qvardiolanın "Real Madrid" kabusu: Turnir tarixində bir ilk yaşandı

18-03-2026 12:00 19 Baxış
IMG

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsində "Real Madrid"ə qarşı keçirilən ikinci oyundan (1:2) sonra turnir tarixinin ən arzuolunmaz rekorduna imza atıb. "Şəhərlilər" iki oyunun nəticəsinə görə ümumi 1:5 hesablı məğlubiyyətlə nüfuzlu yarışla vidalaşıblar.

 

Tvit.az xəbər verir ki, Qvardiola Çempionlar Liqası tarixində ardıcıl üç mövsüm eyni rəqib tərəfindən mübarizədən kənarlaşdırılan ilk mütəxəssis kimi tarixə düşüb.

 

Xatırladaq ki, Mançester təmsilçisi bundan əvvəl 2024/2025 mövsümünün pley-off mərhələsində (ümumi hesab 2:3), 2023/2024 mövsümündə isə 1/4 finalda (4:4, penaltilər seriyasında 3:4) məhz "Real Madrid"ə boyun əymişdi.

 

Qeyd etmək lazımdır ki, Qvardiolanın rəhbərlik etdiyi kollektiv son beş mövsüm ərzində artıq dördüncü dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində Madrid klubu tərəfindən mübarizədən kənarlaşdırılır.