Apple şirkətinin iPhone modelləri uzun illərdir ən təhlükəsiz smartfonlar sırasında göstərilsə də, son açıqlanan məlumatlar bu yanaşmanı şübhə altına alır.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, kibertəhlükəsizlik üzrə mütəxəssislər bildirirlər ki, yüz milyonlarla iPhone istifadəçisini risk altına sala biləcək yeni hücum aləti artıq aktiv şəkildə istifadə olunur.
“DarkSword” adlanan bu vasitə ənənəvi haker üsullarından fərqli olaraq istifadəçinin hər hansı linkə klik etməsini və ya fayl yükləməsini tələb etmir. Sadəcə zərərli sayta daxil olmaq kifayətdir ki, cihazın idarəsi üçüncü şəxslərin əlinə keçsin.
Bu hücum üsulu kibertəhlükəsizlik terminologiyasında “zero-click” – yəni sıfır klik hücumu kimi tanınır. İstifadəçidən heç bir əməliyyat tələb etməməsi onu ən təhlükəli hücum növlərindən birinə çevirir.
Ekspertlər qeyd edirlər ki, “DarkSword” texnologiyası daha əvvəl yalnız dövlət səviyyəli kiberməlumat əməliyyatlarında istifadə olunan alətlərə bənzəyir. Bu isə belə texnologiyaların artıq daha geniş haker qruplarının əlinə keçə biləcəyini göstərir və mövcud təhlükənin miqyasını daha da artırır.
Aysel Şirinova