Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Qəbələdə maşın piyadanı vuraraq öldürüb
hadisə

Qəbələdə maşın piyadanı vuraraq öldürüb

24-03-2026 13:00 20 Baxış
IMG

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 23-də axşam saatlarında qeydə alınıb.

 

Belə ki, Qəbələ şəhərində Hamlet Yolçuyevin idarə etdiyi KIA markalı avtomobil yolu keçən piyada, 71 yaşlı Səmayə Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.