Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Çelsi"nin baş məşqçisi vəzifəsindən azad edildi
idman

"Çelsi"nin baş məşqçisi vəzifəsindən azad edildi

22-04-2026 22:00 29 Baxış
IMG

İngiltərənin "Çelsi" futbol klubunun rəhbərliyi komandanın baş məşqçisi Liyam Rosenyoru vəzifəsindən azad edib.

 

Tvit.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

 

"Bu qərar klub üçün asan olmadı, lakin son nəticələr və çıxışlar zəruri standartlara uyğun deyil və bu mövsüm hələ görüləcək çox iş var. "Çels"dəki hər kəs Liyama gələcək fəaliyyətində uğurlar arzulayır", - deyə klubun mətbuat xidmətinin bəyanatında deyilir.

 

İngiltərəli mütəxəssis yanvar ayında "Strasburq"dan 'Çelsi'yə keçmişdi. Tərəflər arasındakı2032-ci ilədək müqavilə imzalanmışdı.


Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasında 34 matçından sonra 48 xal toplayıb və turnir cədvəlində yeddinci yeri tutur.