Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Luka Modriç mövsümü bitirdi
idman

Luka Modriç mövsümü bitirdi

27-04-2026 20:00 26 Baxış
IMG

"Milan" klubunun və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç çənə zədəsi səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

 

Tvit.az "Sportske Novosti'yə istinadən xəbər verir ki, oyunçu İtaliya A Seriyasında "Yuventus" ilə matçda almacıq sümüyünün ikiqat sınığı xəsarətini alıb və mövsümün qalan matçlarında "Milan"a kömək edə bilməyəcək.

 

Mənbənin məlumatına görə, L.Modriç 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak edə biləcək. L.Modriçin kapitanı olduğu Xorvatiya seçməsi İngiltərə, Qana və Panama komandaları ilə eyni qrupda mübarizə aparacaq.

 

L.Modriçin 40 yaşı var, o, 2025-ci ilin yayından "Milan"da çıxış edir.