Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər ​ChatGPT-nin artım tempi zəifləyir
digər

​ChatGPT-nin artım tempi zəifləyir

01-05-2026 21:00 31 Baxış
IMG

​Süni intellekt nəhəngi OpenAI-ın flaqman məhsulu olan ChatGPT yeni istifadəçilərin cəlb edilməsində çətinliklərlə üzləşib. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ​"Sensor Tower" bazar araşdırması şirkətinin hesabatına görə, ChatGPT hələ də böyüməyə davam etsə də, bu dinamika ilin əvvəli ilə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib. 

 

Yanvar ayında qeydə alınan 168%-lik rekord artım aprel ayında 78%-ə qədər geriləyib.

 

​Ən çox narahatlıq doğuran məqam isə tətbiqin silinmə nisbətidir. Mart ayında silinmə göstəricisi illik müqayisədə 413%, apreldə isə 132% artıb. Bu, istifadəçi sədaqətinin ciddi şəkildə azaldığını göstərir.

 

​ChatGPT durğunluq dövrünə qədəm qoyduğu bir vaxtda, rəqib platformalar bazarda paylarını sürətlə artırırlar. Xüsusilə Anthropic şirkətinin Claude modeli, son dövrlərdə yükləmə sayı və istifadəçi aktivliyi baxımından ChatGPT-ni üstələyərək sektorun yeni favoritinə çevrilmək iddiasındadır.

 

Aysel Şirinova