Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Goranboyda "Ford Fusion" mikroavtobusla TOQQUŞDU: Yaralılar var
hadisə

Goranboyda "Ford Fusion" mikroavtobusla TOQQUŞDU: Yaralılar var

05-05-2026 10:00 19 Baxış
IMG

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Tvit.az xəbər verir ki, hadisə bu gün saat 5-də Goranboy-Veyisli avtomobil yolunun Rəhimli kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Belə ki, 1986-cı il təvəllüdlü Xəyalə Cəfər qızı Cəfərovanın idarə etdiyi "Ford Fusion" markalı, 90-LY-442 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq əks hərəkət zolağına keçib. Nəticədə nəqliyyat vasitəsi qarşıdan gələn, 1990-cı il təvəllüdlü, Goranboy rayonunun Balakürd kənd sakini Arzu Bəhman oğlu Nəbiyevin idarə etdiyi "QAZ-32213" markalı, 10-HJ-680 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.

 

Qəza nəticəsində "QAZel" markalı mikroavtobusda olan sərnişinlər 1970-ci il təvəllüdlü, Balakürd kənd sakini Şəlalə Nəbi qızı Abdullayeva, 1982-ci il təvəllüdlü, Nərimanlı kənd sakini Suqra Nəsib qızı Quliyeva və 1971-ci il təvəllüdlü, Nərimanlı kənd sakini Zəkiyyə Cəmşid qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Faktla bağlı araşdırma aparılır.