Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Partlayışda yaralanan Asif Nəsirli dünyasını dəyişdi
hadisə

Partlayışda yaralanan Asif Nəsirli dünyasını dəyişdi

05-05-2026 22:00 25 Baxış
IMG

Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli dünyasını dəyişib. 

"Tvit.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, aprelin 30-da Mübariz Əliyev adlı pasiyent Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış törədib. Nəticədə o, hadisə yerində ölüb, həkim-radioloq Asif Nəsirli isə ağır yaralanmışdı.