Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat "Brent" markalı neft ucuzlaşır
iqtisadiyyat

"Brent" markalı neft ucuzlaşır

06-05-2026 11:00 9 Baxış
IMG

Qlobal bazarda neftin ucuzlaşması müşahidə olunur.

 

Tvit.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

 

Bakı vaxtı ilə saat 9:09-da Londonun ICE birjasında iyul ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 1.77 dollar (1.61%) azalaraq bir barel üçün 108.1 dollara satılıb. Əvvəlki sessiyada "Brent"in qiyməti 4.57 dollar (4%) azalaraq 109.87 dollar olmuşdu.

 

Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 1.86 dollar (1.82%) azalaraq bir barel üçün 100.41 dollara düşüb. Əvvəlki sessiyada WTI markalı neft 4.15 dollar (3.9%) ucuzlaşaraq bir barel üçün 102.27 dollar olub.