Sumqayıtda stadionda ölüm hadisəsi baş verib.
Tvit.az-ın məlumatına görə, hadisə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qeydə alınıb.
Stadionun texniki işçisi, 1999-cu il təvəllüdlü Cəmil Hətəmxanovun halı iş yerində qəfil pisləşib. O, elə iş otağında dünyasını dəyişib.
İlkin ehtimala görə, C.Hətəmxanov işdə olarkən infarkt keçirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, iki gün əvvəl Mingəçevirdə 20 yaşlı gənc futbol oyunu zamanı ölüb.