Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Bayramov Arakçı ilə danışdı: Regionda mövcud vəziyyət...
siyasət

Bayramov Arakçı ilə danışdı: Regionda mövcud vəziyyət...

13-05-2026 13:00 56 Baxış
IMG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Arakçı arasında telefon danışığı baş tutub.

 

Bu barədə Tvit.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.


Məlumata görə, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, regionda mövcud vəziyyət və bu çərçivədə danışıqlar prosesinin gedişatı, İran ətrafında vəziyyətin diplomatik və siyasi həll perspektivləri ətrafında müzakirə aparılıb.

 

Nazir Abbas Arakçı danışıqlar prosesi barədə ətraflı məlumat verib.

 

Ceyhun Bayramov münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səyləri dəstəklədiyini diqqətə çatdırıb.

 

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.