Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq
sosial

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

11-06-2026 09:00 45 Baxış
IMG

Bakıda və Salyanda elektrik şəbəkəsində yenidənqurma və təmir işləri həyata keçiriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb.


Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Bəsti Bağırova küçələri, Hüseyn Cavid prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq:

 

"Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri zamanı fasilə həmin saatlarda Bəhruz Nuriyev küçəsini əhatə edəcək.

 

Suraxanı RETSİ-nə daxil olan 35/6 kV-luq "BMTZ" yarımstansiyasında yenidənqurma işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan saat 13:00-dək Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə, İlqar Məmmədov, Vüqar Bədəlov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq".

 

Qeyd olunub ki, bu gün həm də Salyan Elektrik Şəbəkəsi (EŞ) ərazisində 110/35/6 kV-luq "Salyan" yarımstansiyasından qidalanan 35 kV-luq 710 saylı hava xəttinə toxunan ağaclar budanacaq.

 

Belə ki, iməclik işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Kərimbəyli, Qaraçala, Çadırlı, Bəşirbəyli, Pambıqkənd, Yolüstü, Yeni Uluxanlı, Varlı, Peyk və Düzənlik kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq. Həmçinin Noxudlu kəndinin elektrik şəbəkəsində aparılacaq yenidənqurma işləri ilə əlaqədar həmin saatlarda Aşağı və Yuxarı Noxudlu kəndləri gərginliksiz qalacaq.

 

"Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə məlumatda qeyd edilib.