Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
sosial

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

11-06-2026 12:00 39 Baxış
IMG

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağıntının bir qədər güclənəcəyi ehtimalı var.

 

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.