Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı
siyasət

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

15-06-2026 13:00 37 Baxış
IMG

Azərbaycan və Suriya media sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib və ikitərəfli münasibətlərin gələcək inkişafında maraqlı olduqlarını təsdiqləyiblər.

 

Tvit.az Report-a istinadla xəbər verir ki, Suriyanın informasiya naziri Xalid Fəvaz Zəarur Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynovla görüşüb.


Nazir vurğulayıb ki, Suriyanın hazırkı hakimiyyəti dost və qardaş dövlətlərlə münasibətlərdə yeni mərhələ açmağa çalışır. O həmçinin qeyd edib ki, Suriya xalqı əvvəlki rejim ilə diplomatik əlaqələri kəsən Azərbaycanın mövqeyini yüksək qiymətləndirir.

 

Zəarur informasiya siyasətini yenidən nəzərdən keçirmək və ölkənin əvvəlki hakimiyyəti tərəfindən yayılan Azərbaycan haqqında təhrif olunmuş narrativə son qoymaq niyyətində olduğunu bildirib.

 

Elnur Şahhüseynov Suriyadakı hazırkı administrasiya dövründə Bakı ilə Dəməşq arasında münasibətlərin bərpasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ölkə nisbətən qısa müddət ərzində nəzərəçarpacaq müsbət dəyişikliklər nümayiş etdirir.

 

Azərbaycanlı diplomat həmçinin qeyd edib ki, Bakı müxtəlif sahələrdə Suriya ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.