Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda QEYRİ-ADİ yeyinti: Çoban yüzminlərlə manat "qazandı"
sosial

Azərbaycanda QEYRİ-ADİ yeyinti: Çoban yüzminlərlə manat "qazandı"

18-06-2026 16:00 16 Baxış
IMG

Azərbaycanda çoban fantastik məbləğdə yeyinti ittihamı ilə həbs edilib.

 

Tvit.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Saatlı rayonunun Dədə Qorqud kəndində çobanlıq edən Nahid Təhməzov fermer Kamal Kərimova məxsus iki mindən çox xırdabuynuzlu heyvanı xəlvət sataraq pulunu şəxsi ehtiyaclarına xərcləyib.

 

Çobanın bu cinayəti nəticəsində fermerə 700 min manatdan çox ziyan dəyib. Ziyanın məbləği qoyun, quzu və keçilərin çəkisi və ətin bazar qiyməti nəzərə alınmaqla hesablanıb.

 

Sahibkarın prokurorluğa şikayətindən sonra Nahid həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Çobanın təqsiri sübuta yetirilərsə, onu 10 ildən 14 ilədək həbs gözləyir.