Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
siyasət

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

18-06-2026 16:00 24 Baxış
IMG

Azərbaycanın Koreya vətəndaşları üçün vizasız rejiminin tətbiq edilməsi yaxın zamanlarda elan ediləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Tvit.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Xatırladaq ki, iyunun 17-də xarici işlər naziri Ceyhun Bayramov Koreyanın xarici işlər nazirinin müavini Çonq Eui-haenin rəhbərlik etdiyi nümayəndə heyətinə görüş zamanı bu yaxınlarda Koreya Respublikasının bütün növ pasport sahibləri üçün vizadan azadolma rejiminin tətbiq edilməsi qərarı barədə məlumat verib.

 

Tərəflər belə bir addımın turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsinə, habelə xalqlar arasında təmasların artmasına mühüm töhfə verəcəyini vurğulayıb.